Türkiyənin cənubundakı İsparta vilayətində hərbi helikopterin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub.
Bu barədə Türkiyənin NTV telekanalı Isparta valisi Abdullah Erinə istinadən məlumat yayıb.
“İspartdakı Ordu Aviasiya Məktəbinin hərbi helikopteri Keçiborlu rayon mərkəzində yanacaqdoldurma məntəqəsinin yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 4 nəfər həlak olub”, - nəşr yazır.