Türkiyədə İsparta bölgəsində hərbi helikopter qəzaya uğrayıb.
News24.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə yerinə təcili yardım və xilasetmə briqadaları göndərilib.
İsparta valisi Abdullah Erin qəzada 4 hərbçinin həlak olduğunu açıqlayıb. Vali həmçinin digər hərbçilərin axtarışları istiqamətində işlərin aparıldığını açıqlayıb.
Vali qəzanın təlim uçuşu zamanı baş verdiyini qeyd edib.
Hadisə ilə bağlı araşdırmalar davam edir.