RU

Abonentlərin neçə faizi qaz limitini keçib? - RƏSMİ

2021-ci ilin oktyabrın 16-da Tarif Şurasının iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair qərar qəbul edilib.

Qərara əsasən, əhalinin illik istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb. 

Əhali üçün 1 200-2 500 kubmetrədək və 2 500 kubmetrdən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla dəyişməyib və əvvəlki həddə saxlanılıb. Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə artırılıb. Hər il yanvarn 1-də qaz limiti sıfırlanır.  

Cari ildə abonentlərin neçə faizi limit daxilində qaz alıb?

“Azəriqaz” İstehsalat Birliyindən (İB) “Cebheinfo.az”a verilən məlumata görə, 2024-cü ilin yanvar-noyabr ayları ərzində əhali sektoru üzrə abonentlərin 51,5 %-i limit daxilində qaz alıb. 

Избранный
38
cebheinfo.az

1Источники