RU

Əsədin həbs etdirdiyi pilot 43 il sonra azadlığa çıxdı

Suriyada müxalif qüvvələrin Dəməşq yaxınlığındakı məşhur Sednaya həbsxanasından azad etdikləri dustaqlar arasında 43 ildir həbsdə olan suriyalı pilot Rahid Əl-Tatari də olub.

Yenicag.az xəbər verir ki, bu barədə Suriya mətbuatı yazıb.

Məlumata görə, Əl-Tatari 1980-ci ildə o vaxtkı prezident Hafiz Əsədə qarşı etirazlara qalxan Həma şəhərini bombalamaq əmrindən imtina etdiyi üçün həbs olunub. Pilot 1 il sonra azadlığa çıxsa da, yenidən həbs olunub və Sednaya həbsxanasında saxlanılıb.

Qeyd edək ki, Sednaya həbsxanası Əsəd rejiminin edam və işgəncə yerlərindən biri kimi məşhurlaşıb. Suriya hüquq-müdafiə təşkilatlarının məlumatına görə, 2011-2021-ci illər ərzində həbsxanada 30 min insan ölüb.

Ötən gün Sednayada 4 mərtəbəli yeraltı həbsxana aşkarlandığı barədə məlumat yayılıb.

Избранный
10
2
yenicag.az

3Источники