RU

Azər Qasımlı məhkəməyə gətirildi

Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının barəsində həbs qətimkan tədbirini seçilməsi üçün məhkəməyə təqdimat verilib.

Teleqraf.com xəbər verir ki, təqdimat baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib. Bu saatlarda tədqimata baxılacaq.

Artıq Azər Qasımlı məhkəməyə gətirilib.

Qeyd edək ki, Azər Qasımlı dekabrın 8-də saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu yolu ilə tələb etmə) maddəsi üzrə ittiham verilib.


Müəllif: Hacı Zeynalov
Избранный
28
teleqraf.com

1Источники