Türkiyənin İsparta əyalətinin Keçiborlu rayonunda hərbi helikopter yanacaqdoldurma məntəqəsinin yanında qəzaya uğrayıb.
Paytaxt.org xəbər verir ki, bu barədə DHA məlumat yayıb.
Hadisə yerinə təcili yardım və xilasetmə briqadaları göndərilib.
Isparta bələdiyyə sədri Şükrü Başdeğirmen Keçiborlu rayonunda hərbi helikopterin qəzaya uğraması xəbərini təsdiqləyib. O bildirib ki, bələdiyyənin bütün yanğın və axtarış-xilasetmə qrupları bölgəyə yönəldildilib.
Məlumata, helikopterdəki personalın sayı ilə bağlı hələlik məlumat olmasa da qəza nəticəsində 5 nəfər həlak olduğu deyilir. Digər ekipaj üzvlərinin axtarışı isə davam etdirilir..
Musavat.com