RU

"Türkiyə-Azərbaycan əlaqələri bənzəri olmayan müttəfiqlikdir" - Türkiyəli DEPUTAT

Bakıda keçirilən “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransda iştirak edənlərdən biri də Türkiyə parlamentinin deputatı Zeyneb Yıldız olub.

Modern.az-ın məlumatına görə, o, Azərbaycan Respublikası Milli Məclisində çıxış edib.

Deputat bildirib ki, Azərbaycan Türkiyə üçün yalnız dost deyil, həm də qardaş ölkədir.

"Bakı bizim üçün çox özəl bir şəhərdir.Azərbaycan  bizim üçün dostdan da artıqdır, bizə qardaş ölkədir. İki dövlət bir millətik. Bu, ortaq həqiqətimizdir.

Hörmətli qonaqlar, dövlət ənənəsi və ortaq gələcək prespektivindən danışırıqsa, deyə bilərik ki, Türkiyə-Azərbaycan əlaqələrinin dünəni, bu günü və sabahı dünya diplomatiyasında bənzəri olmayam müttəfiqlikdir.

3 il bundan əvvəl - Qarabağ Zəfərinin ardından Türkiyə və Azərbaycan Qafqazın tacı, Türk dünyasının önəmli  mədəniyyət mərkəzlərindən biri olan Şuşada "Şuşa Bəyannaməsi"ni imzalayaraq dərin müttəfiqliyi sənəddə də əks etdirib.

Bəli, Şuşa Bəyannaməsi ilə həmrəyliyimiz dövlət səviyyəsində özünü təcəssüm etdirirdi. Diplomatik dildə bunun adı "müttəfiqlikdir". Ancaq Azərbaycan-Türkiyə əlaqələrinin dərinliyini daha dəqiq izah edən anlayış türk mədəniyyətində belə ifadə olunur: "qardaşlıq".

Çıxışımın əvvəlində Bakının bizim üçün vacib şəhər olduğunu dedim. 

Bakını bizlər üçün xüsusi edən şey tək bu günümüz deyil, həm də dünənimizdir. 

Biz Bakıya gəldikdə, 1912-ci ildə Balkan müharibəsinin başladığı çətin bir vaxtda yaranan konyekturanı bir yana qoyub, Məhəmməd Əmin Rəsulzadənin liderlik etdiyi azərbaycanlı müsəlman türklərinin siyasi təşkilatlarının yayımladığı "Osmanlıya Dəstək Bəyannamə"sini xatırlıyırıq.

Bakıya gələndə biz Qafqaz İslam Ordusu ilə "gəldim qardaşım" deyərək Bakının azadlığına şahidlik edən qəhrəmanımız Nuru Paşanı xatırlayırıq. 

Bugün Allaha həmd olsun Qafqaz İslam Ordusunun yarımçıq qalan nəğməsi Qarabağ Zəfəri ilə tamamlanıb. Türk dünyasını bir xəncər kimi ayıran sərhədlər Zəngəzur dəhlizi ilə qırılmaqdadır.

Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü bərpa etməsini təmin edən 44 günlük Vətən Müharibəsinin ilk günlərində Prezidentimiz cənab Rəcəb Tayyip Ərdoğan kağız üzərində müttəfiqliyin fövqündə  "qardaşlıq"ın gərəyi olaraq, "Azərbaycan necə istəsə, elə də yanında olacağıq" deyib və ölkəmizin həmişə Azərbaycanın yanında duracağını aydın sürətdə ifadə edib. 

Bu gün Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanla cənab Prezident İlham Əliyevin Qarabağ Zəfərinə gedən yolda qardaş və Şuşa Bəyannaməsinin prespektivləri ilə ortaya qoyduqları sərhədləri bəlli, haqqa uyğun münasibətləri ilə Qafqazda qonşular arasında münasibətlərə qapı araladıqlarının və beləliklə də, Qafqazda stabilliyin hakim olması baxımından yeni bir imkan yaratdıqlarının şahidi olmaqdayıq.   

Parlament səviyyəsində, ənənələrimizdəki bu qardaşlıq hüququnu qoruyaraq, daha adil bir dünyanı mümkün hala gətirmək  çün müttəfiqlikdən də o yana  qardaşlıq hüququna daha çox ölkənin qatılmasını təmin edərək,  regional və beynəlxalq rifahın artmasına birgə töhfə vermək üçün işləri davam etdirəcəyik. 

Soyqırımılarına və assimliyasiyalara şərəflə müqavimət göstərərək ərazi bütövlüyünü bərpa edən Azərbaycan türklərini hörmətlə anaraq, eyni şəkildə soyqırımına şərəflə müqavimət göstərən fələstinlilərin də öz torpaqlarında azad və rahat yaşadığı günləri görməyi, daha adil bir  dünyanı mümkün qılmaq ideyasına hamılıqla  çatmağı arzulayıram.

Var olsun Azərbaycan Türkiyə qardaşlığı!
Var olsun istiqlalına aşiq Türk milləti!
Var olsun Türk Dövlətlər Təşkilatının ortaq istiqbalı!
Var olsun bütün insanlıq üçün daha adil bir dünya!".

Избранный
7
2
modern.az

3Источники