RU

“Flamenqo”nun 5-ci kuboku

Braziliya klub futbolunda mövsümün ilk qalibi müəyyənləşdi. Ölkə kubokunun finalında bir komandanın aşkar üstünlüyü qeydə alındı.

Qeyd edək ki, “Flamenqo” 1989-cu ildən təşkil edilən turnirin finalına 10-cu dəfə çıxmaqla “Qremio”nu arxada qoyaraq yeni rekord müəyyən etmişdi. “Qırmızı-qaralar” əvvəlki 9 finaldan 4-də qalib gəlmişdilər. Bir il əvvəl həlledici mərhələdə “San Paulu”ya iki oyunun (0:1, 1:1) nəticəsinə əsasən uduzan “Fla” 2022-ci ildə “Korintians”dan üstün olmaqla kuboku 4-cü dəfə muzeyinə aparmışdı.

Rio de Janeyroda keçirilən ilk oyunda “Atletiko Mineyro”ya 3:1 hesabıyla qalib gələn “Flamenqo” uğura çox yaxınlaşmışdı. Filipe Luisin baş məşqçi vəzifəsinə sentyabrda təyinat aldığı komanda Belu Orizontedəki cavab oyununda mnimal hesabla qalib gəldi. İki oyunun nəticəsinə əsasən üstünlük qazanan “Flamenqo” tarixində 5-ci dəfə ölkə kubokuna sahib oldu.

Xatırladaq ki, komanda daha əvvəl 1990, 2006 və 2013-cü illərdə də turnirin qalibi olmuşdu. Braziliya kubokunu ən çox – 6 dəfə qazanan klub isə “Kruzeyro”du. “Qremio”nun kuboka 5, “Palmeyras”ın 4, “Korintians”ın 3 dəfə sahib çıxdığını da bildirək.

final, ilk oyun
Flamenqo – Atletiko Mineyro 3:1
De Arraskaeta, 11. Qabriel Barboza, 39; 74 – Alan Kardek, 80.
cavab oyunu
Atletiko Mineyro – Flamenqo 0:1
Plata, 81.

Избранный
25
football-plus.az

1Источники