RU

İsrail daha 22 fələstinlini saxlayıb

İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilinin müxtəlif şəhərlərinə təşkil etdiyi basqınlarda ən azı 22 fələstinlini nəzarətə götürdüyü bildirilib.

"Cebheinfo.az" xəbər verir ki, şahidlərdən alınan məlumata görə, İsrail ordusu başda Cenin və Hebron olmaqla işğal altındakı bir çox şəhərlərə basqınlar həyata keçirib.

Şahidlər Hebronun müxtəlif yerlərində keçirilən reydlərdə çoxlu adamın saxlanıldığını bildiriblər.

Basqınlar zamanı fələstinlilərin evlərinin dağıdıldığı, saxlanılan şəxslərin və onların ailələrinin döyülmə və təhdidlərə məruz qaldığı bildirilib.

Cenin şəhərinin Yabed qəsəbəsindən olan şahidlər həmçinin bildiriblər ki, İsrail qüvvələri bu qəsəbədəki fələstinlilərin evlərinə basqınlar zamanı azı 22 nəfəri saxlayıb.

7 oktyabr 2023-cü ildən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə hücumlar nəticəsində 167-si uşaq olmaqla 807 fələstinli həyatını itirib.

Избранный
8
1
cebheinfo.az

2Источники