RU

“Ümummilli Lider Heydər Əliyev mühazirələri” layihəsi çərçivəsində görüş keçirildi - FOTOLAR

Bakı Dövlət Universiteti (BDU) və Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının birgə təşəbbüsü ilə “Ümummilli Lider Heydər Əliyev mühazirələri” layihəsi çərçivəsində Milli Məclisin deputatı Mehriban Vəliyeva ilə BDU tələbələrinin görüşü keçirilib.

"Unikal" xəbər verir ki, giriş nitqi ilə çıxış edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev qeyd edib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunun qorunması və hərtərəfli inkişafı naminə göstərdiyi misilsiz xidmətləri ilə əbədiyyət qazanıb. Güclü siyasi iradəsi, qətiyyəti və uzaqgörənliyi, yüksək intellekti, əzmkarlığı və fədakarlığı, zəngin idarəçilik təcrübəsi ilə Vətən qarşısında xilaskarlıq missiyasını uğurla yerinə yetirən Ümummilli Lider adını Azərbaycan tarixinə qızıl hərflərlə yazıb.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev müasir müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib. Ulu Öndərin zəngin irsinin, azərbaycançılıq ideologiyasının tələbə-gənclərə aşılanması onların milli ruhda formalaşması üçün vacib addımlardan biridir. YAP tərəfindən bu istiqamətdə çoxşaxəli tədbirlər görülür, ölkənin ali təhsilinin flaqmanı olan BDU da bu işə öz layiqli töhfəsini verir. Qeyd olunub ki, fəaliyyətinin hər dövründə zamanı əməlləri ilə zənginləşdirən Ulu Öndər Heydər Əliyevin ən əsas, müqəddəs istəyi xalqın birliyinə söykənən güclü, möhtəşəm, qüdrətli müasir dövlətin yaradılması olmuşdur. Qürur və iftixar hissi ilə qeyd edə bilərik ki, Ümummilli Liderimizin siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla və inamla davam etdirilir, güclü və nüfuzlu Azərbaycan yeni zirvələr fəth edir.

Milli Məclisin deputatı Mehriban Vəliyeva çıxışında Azərbaycan təhsilinin inkişafında Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışıb. Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə həyata keçirilən təhsil islahatlarının bu sahənin inkişafına zəmin yaratdığı qeyd olunub. M.Vəliyeva Ümummilli Liderin təhsil siyasətində ali məktəblərin fəaliyyətinin yaxşılaşdırılması, maddi-texniki bazasının möhkəmləndirilməsində, eyni zamanda respublikanın milli kadr potensialının gücləndirilməsində gördüyü işlərdən ətraflı bəhs edib.

Xalqın təkidli tələbi ilə 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin ağır illərdə də təhsilin inkişafını diqqət mərkəzində saxladığı xüsusi vurğulanıb.

Çıxışlardan sonra tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.

Избранный
53
50
unikal.az

10Источники