RU

Suriya Mərkəzi Bankından banklardakı pullarla bağlı açıqlama

Suriyada 61 illik rejim devrilib. 

Suriyanın bərpası neçəyə başa gələcək?

13 illik vətəndaş müharibəsindən sonra müxalif qruplar ölkənin paytaxtı Dəməşqə nəzarəti ələ keçirib.

FED.az xəbər verir ki, Suriya Mərkəzi Bankı Facebook sosial media platformasında banklardakı pullarla bağlı açıqlama verib.

Suriya Mərkəzi Bankı banklardakı əmanətlərin təhlükəsiz olduğunu açıqlayıb.

"Suriya Mərkəzi Bankı öz fəaliyyətini davam etdirir, bank və bank olmayan maliyyə qurumlarının fəaliyyətinə nəzarət edir. Vətəndaşlarımızı əmin edirik ki, banklara yatırılan əmanətlə təhlükəsizdir və itirilməyəcəkdir",- açıqlamada deyilir.

Suriya Mərkəzi Bankı ölkədə mübadilə vasitəsinin Suriya funtu olduğunu bildirib. (Marja)

Избранный
40
fed.az

1Источники