RU

Tramp prezidentliyinin ilk günü hansı addım atacağını açıqladı

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp 2021-ci il yanvarın 6-da Konqresə basqın zamanı cəzalandırılanlarla bağlı "ilk gündə" çox tez hərəkətə keçəcəyini bildirib.

Turkustan.az xəbər verir ki, "NBC News" keçən həftə Trampın müsahibəsini dərc edib. Yanvarın 6-da Konqresə basqında günahkar bilinənlərin “çox çirkin bir sistemə” məruz qaldığını qeyd edən Tramp, onlardan bəzilərinin illərdir həbsdə olduğunu bildirib.

Tramp sözügedən şəxslərlə bağlı açıqlamasında, "Çox tez hərəkətə keçəcəyəm. İlk gün bu addımı atacağam" - deyib.

Bildirək ki, ABŞ-dakı ifrat sağçı qruplar və keçmiş ABŞ prezidenti Trampın tərəfdarları 3 noyabr 2020-ci il seçkilərinin nəticələrini təsdiqləmək üçün sessiyanın keçirildiyi Konqresin binasına 6 yanvar 2021-ci ildə basqın ediblər. Reyd böyük əks-səda doğurmuşdu.

Aytən Yaşar/ Turkustan.az

Избранный
21
turkustan.az

1Источники