RU

Rusiya 65 ukraynalı hərbçinin cəsədini təhvil verdi

Rusiyanın İnsan Haqları üzrə Ali Komissarı Tatyana Moskalkova yanvarın 24-də vurulan və Belqorod vilayətində qəzaya uğrayan təyyarədəki 65 ukraynalı məhbusun cəsədini Ukraynaya çatdırdıqlarını bildirib.   Manset.az bu barədə rus mətbuatına istinadən xəbər verir. Moskalkova həmçinin bildirib ki, Ukrayna ilə münaqişələrdə həyatını itirən əsgərlərin cəsədlərinin dəyişdirilməsi prosesi davam edir. Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi yanvarın 24-də Ukrayna tərəfindən atılan raketlə Belqorod vilayətində ukraynalı məhbusların da olduğu Rusiya təyyarəsinin vurulduğunu açıqlamışdı.

Açıqlamada təyyarədə 6 nəfərlik ekipajın, toqquşmalar zamanı əsir düşən 65 Ukrayna əsgərinin və onları müşayiət edən 3 Rusiya hərbçisinin olduğu, təyyarənin bütün ekipaj və sərnişinlərinin həyatını itirdiyi bildirilib.

Избранный
39
1
manset.az

2Источники