RU

Suriyadakı vəziyyətdən kimlər istifadə edəcək? — ŞƏRH

"Suriyada iqtidarı devirən müxalif qrup "Dəməşqin və Şamın qurtuluş hərəkatı"dır. Hərəkat özü də əməliyyatları təkbaşına həyata keçirmir. Burada onlara Türkiyə dəstəkli qruplardan olan Suriya ordusu kömək edib. Hazırda hakimiyyətin bir siyasi qrupun əlində birləşmədiyini deyə bilərik. Mümkün siyasi həll əldə olunmayıb. Xalqın Əsədə qarşı azadlıq mübarizəsi sona çatıb".

Bu sözləri Demokrat.az-a açıqlamasında siyasi məsələlər üzrə ekspert Həşim Səhrablı deyib.

"Əsədi dəstəkləyən bəlli dairələr içərisində Rusiya və İran var idi. Başqa dəstək olsa da, yekunda ən böyük dəstəyi Rusiya və İrandan alırdı. Rusiya hazırda bütün gücünü Ukraynaya, İran "Hisbullah" və "HƏMAS"a dəyən zərbələrə yönəldib. Amerika da isə yeni Donald Tramp dövrü başlayır. Belə bir vəziyyətdə Əsədə geniş dəstək göstərilmədi. Müxalifət vaxtı çox dəqiq seçdi. Hazırda İran və Rusiya öz maraqlarını bir kənara atıb Əsədi qorumaqla məşğul olmayacaqdılar".

O qeyd edib ki, Rusiyadan gələn açıqlamalarda da görürük ki, XİN konkret olaraq öz niyyətini ortaya qoyub:

"Rusiya XİN Suriya müxalifəti ilə danışıqlar içərisində olduqlarını və keçid hökumətindən sonra problemin həllinə fokslanacaqlarını bildirirdilər. Bununla da Əsədi qorumadıqlarını etiraf etmiş oldular.Bundan sonrakı proseslərin gələcəyinin həllinin dinc yolla olacağını görmürəm. Əsəd rejminin devrilməsi ilə birinci müharibə başa çatdı. Bundan sonra ikinci Suriya müharibəsini görə bilərik. Əsəd rejimi devrilibsə, müharibə başa çatmış sayılmır. İkinci mərhələdə daha qlobal problemlər görə bilərik. Başsız qalan dövlətə ABŞ, Rusiya, Çin, İran, Türkiyə kimi regional və dünyəvi güclər fərqli formada müdaxilə edə bilərlər. Bunlar problemin həllinə yox, yeni müstəviyə keçməsinə səbəb ola bilər. İndiki vəziyyətdə problemin bitməsindən danışmaq mümkün deyil".

Əfsanə Kamal
Demokrat.az
Избранный
30
demokrat.az

1Источники