RU

Rusiyada xarici messencerlərdən istifadə qadağan edilə bilər

Ruslara iş məqsədləri üçün xarici messencerlərdən istifadə qadağan edilə bilər.

Sherg.az "NextaTV"-yə istinadən xəbər verir ki, qadağa bazarların, kredit təşkilatlarının, çatdırılma xidmətlərinin işçilərinə, Mərkəzi Bankın əməkdaşlarına, rabitə operatorlarına və dövlət qulluqçularına şamil ediləcək. Onlara Rusiya hüquqi şəxsləri və ya Rusiya Federasiyası vətəndaşları tərəfindən hazırlanmış messencerlərdən istifadə etmək tövsiyə olunur. Bu barədə ölkənin Rəqəmsal İnkişaf Nazirliyi məlumat yayıb.

Qanun qüvvəyə minərsə, məhdudiyyətlər 2026-cı ilin sentyabrından tətbiq ediləcək.
Избранный
13
sherg.az

1Источники