RU

Britaniya Gürcüstana bütün yardım proqramlarını dayandıracaq

Böyük Britaniya Gürcüstana bütün yardım proqramlarını dayandırır və Gürcüstan hökuməti ilə qarşılıqlı əlaqəni məhdudlaşdırır.

Oxu24.com xəbər verir  ki, bu barədə Krallığın Xarici İşlər Nazirliyi bildirir.

“Gürcüstan hakimiyyətinin etirazçılara və jurnalistlərə qarşı zorakılıq səhnələri qəbuledilməzdir və dayandırılmalıdır. Bu hərəkətlər Gürcüstanın beynəlxalq etimadını ləkələyir və Gürcüstanın Avropa gələcəyinə dair konstitusiya öhdəliyinə ziddir”, - bəyanatda deyilir.

Eyni zamanda, Britaniya Xarici İşlər Nazirliyi bəyanatında deyilir: “Böyük Britaniya Gürcüstan xalqını və onların öz ölkəsinin gələcəyini seçmək hüququnu dəstəkləməyə davam edəcək”.

 

Nigar

 

Избранный
28
oxu24.com

1Источники