RU

"Qalatasaray" üçün ağır itki

Türkiyə Superliqasının XV turunun “Sivasspor”la oyununda zədələnən “Qalatasaray”ın iki futbolçusu Barış Alpər Yılmaz və Viktor Osimhenin durumuna aydınlıq gəlib.   Manset.az Axar.az-a istinadən xəbər verir ki, Türkiyə millisinin üzvü üç həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu isə o deməkdir ki, Yılmaz üçün il vaxtından əvvəl başa çatıb. Nigeriyalı forvard Viktor Osimhen isə təxminən 2 həftə komandasına kömək edə bilməyəcək. İstanbul klubu ötən gün “Sivasspor”a 3:2 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, “Qalatasaray” növbəti matçını UEFA Avropa Liqasının VI turunda İsveçdə “Malmö”yə qarşı keçirəcək.

Избранный
8
8
manset.az

10Источники