RU

ABŞ Suriyadakı bütün qruplarla işləyəcək

Biz Suriyadakı bütün qruplarla işləyəcəyik.

Xezerxeber.az-ın məlumatına görə, bu sözləri Ağ evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.

O bildirib ki, ötən gün Prezident Cozef Baydenin də dediyi kimi, Suriyadakı müxtəlif qruplar, o cümlədən terrorçu kimi tanınan qruplar əslində bütün doğru sözləri deyiblər. “İndi sual ondan ibarətdir ki, onlar daha yaxşı bir Suriya yaratmaq üçün nə edəcəklər”,- deyə Sallivan əlavə edib.

O, Bəşər Əsədin getməsini yaxşı hadisə adlandırıb və rejimin devrilməsinin irəlidə nələrin olacağı ilə bağlı risk və qeyri-müəyyənlik yaratdığını əlavə edib: “Suriyada daha yaxşı rejimin qurulması ilə bağlı imkanlar var, lakin ABŞ-da terrorçular, cihadçılar və digər insanların bundan istifadə edə biləcəyinə dair narahatlıq mövcuddur. Biz Suriyada sabit, inklüziv və demokratik gələcək istəyən hər kəslə işləməyə hazırıq”.

Избранный
12
8
xezerxeber.az

9Источники