RU

Böyük Britaniyadan Gürcüstana cəza: bütün yardım proqramları dayandırılacaq

Böyük Britaniya Gürcüstana bütün yardım proqramlarını dondurmaq və respublika rəhbərliyi ilə qarşılıqlı əlaqəni məhdudlaşdırmaq qərarına gəlib.

Bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin rəhbərinin dekabrın 9-da yaydığı bəyanatda deyilir. “Mövcud hadisələr fonunda Böyük Britaniya Gürcüstan hökumətinə bütün yardım proqramlarını dərhal dayandıracaq, müdafiə sahəsində əməkdaşlığı və “Gürcü arzusu” hökumətinin nümayəndələri ilə qarşılıqlı əlaqəni Avropa demokratik norma və azadlıqlarından uzaqlaşma dayandırılana qədər məhdudlaşdıracaq”, – Devid Lemmi bildirib.

O, həmçinin etirazçılara qarşı zorakılığı qəbuledilməz adlandırıb və bunun dərhal dayandırılmasını istəyib. “Gürcüstan hakimiyyəti tərəfindən etirazçılara və jurnalistlərə qarşı zorakılığın şokedici görüntüləri qəbuledilməzdir və dayandırılmalıdır”,- Böyük Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri deyib.

Xarici siyasət idarəsinin rəhbəri vurğulayıb ki, bu hərəkətlər Gürcüstanın beynəlxalq aləmdə nüfuzuna xələl gətirir və ölkənin Avropa gələcəyinə dair konstitusiya öhdəliyinə ziddir. Xatırladaq ki, Gürcüstanda noyabrın sonundan hər gün etiraz aksiyaları keçirilir. Nümayişlərə səbəb hakimiyyətin Aİ-yə üzvlüklə bağlı danışıqların başlanmasını dörd il müddətinə təxirə salmaq qərarı olub.

//Samir Qurbanov, Editor.az

Избранный
16
editor.az

1Источники