RU

İstifadəsiz özəlləşmə çekləri ilə bağlı yeni qərar olacaq...

Image

Əllərdə 1,6 milyona yaxın istifadə edilməmiş özəlləşdirmə payları var

Bakı İnzibati Məhkəməsində bir qrup şəxsin Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı dövlət özəlləşdirmə payları üzərində mülkiyyət və sahibkarlıq hüquqlarına qarşı olan pozuntuların aradan qaldırılması, özəlləşdirmə paylarına düşən əmlakın naturada müəyyən edilməsi və ya kompensasiya ödənilməsi tələbinə dair iddiası mümkün sayılmayıb.

Dövlət özəlləşdirmə payları (çeklər) “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyəyə buraxılması haqqında” Azərbaycan Prezidentinin 25.03.1996-cı il tarixli Fərmanına əsasən dövriyyəyə buraxılıb.

Azərbaycanda dövriyyəyə buraxılmış dövlət özəlləşdirmə paylarından (çeklərindən) özəlləşdirmə prosesində istifadənin təmin olunması sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2009-cu il tarixli 202 nömrəli Fərmanına əsasən dövlət özəlləşdirmə paylarının (çeklərinin) tədiyyə vasitəsi kimi istifadə müddəti 2011-ci ilin yanvar ayının 1-də başa çatıb və həmin çeklər tədavüldən çıxarılıb.

Bundan sonra isə tədavül müddətinin uzadılması barədə həmin Fərmana dəyişiklik olunmayıb, bununla bağlı hər hansı bir qanunvericilik aktı mövcud deyil.

Özəlləşdirmə paylarının (çeklər) dövriyyəyə buraxılmasına 1996-cı il yanvarın 1-dən başlanıb və bu, iki mərhələdə həyata keçirilib. Ümumilikdə vətəndaşlara 31,9 milyon özəlləşdirmə çeki paylanıb.

Qanunvericiliyə uyğun olaraq, 1997-ci il yanvarın 1-dək anadan olmuş Azərbaycan Respublikasının hər bir vətəndaşına əvəzsiz olaraq 4 çekdən ibarət özəlləşdirmə payları verilib. Dövlət özəlləşdirmə çeklərindən daha geniş istifadənin təmin olunması məqsədi ilə onların tədavül müddəti bir neçə dəfə uzadılıb. Prezidentin müvafiq fərmanları ilə 2002-ci il yanvarın 1-nə, 2004-cü il iyulun 1-nə, 2008-ci il yanvarın 1-nə kimi çeklərdən istifadə müddəti artırılmışdı. 2009-cu ildə imzalanan fərmanla sonuncu dəfə çeklərin tədavül müddəti artırılıb. Son fərmana əsasən, dövriyyəyə buraxılmış dövlət özəlləşdirmə çeklərinin tədavül müddəti 2011-ci il yanvar ayının 1-də başa çatıb.

Proses dövründə özəlləşdirmə paylarının yalnız 80 faizindən istifadə olunduğu, qalan 20 faizin isə hələ də əllərdə qaldığı deyilir. Hazırda həmin 20 faizin satışını həyata keçirə bilməyən vətəndaşlarımız çalışırlar ki, çeklər ya yenidən dövrüyyəyə qaytarılsın, ya da onlara kompensasiya verilsin. Hökumət isə bunun heç birini etmək fikrində deyil.

Hazırda vətəndaşların əlində  təxminən 6 milyon 380 min özəlləşdirmə çeki, yəni 1 milyon 600 minə yaxın, hər biri dörd çekdən ibarət olan özəlləşdirmə payından istifadə edilməyib.

Qeyd edək ki, özləllşdirmə payları vətəndaşın özəlləşdirilən dövlət əmlakından aldığı payı özündə ehtiva edirdi. Bu barədə mövqe bildirən əksər ekspertlər postsovet məkanının hamısında çeklərlə özəlləşdirmənin uğursuzluğa düçar olduğunu əsas gətirərək, Azərbaycanda da vəziyyətin eyni olduğunu obyektiv səbəblərə bağlamağa cəhd göstərirlər. Bəli, çeklə özəlləşdirmə postsovet məkanında uğursuzluğa düçar oldu, amma bunun səbəbi heç də obyektiv deyildi. Bütün ölkələrdə məmurlar SSRİ-dən qalan əmlakı talan etmək, mənimsəmək yolunu tutdu, ona gôrə də çeklər ucuzlaşdı və 15 ildən sonra dövriyyədən çıxarıldı.

Birincisi, bu çeklerin dəyərə minməsi, bahalaşması üçün hökumət özəlləşdirilən dövlət əmlakının özəlləşdirilməsini çeklər vasitəsilə həyata keçirməli idi. Hökumət bunu qismən həyata keçirdi. Amma özəlləşdirmə zamanı çeklərdən istifadəyə ciddi əhəmiyyət verilmirdi, əsasən dövlət əmlakı pulla özəlləşdirilirdi. Ona görə də çeklər 15 illik dövriyyəsi zamanı çox qısa müddətdə 120 dollara satıldı. Lakin 2011-ci ildə həmin çekler 4 dollara qədər ucuzlaşmışdı.

Çek sahibləri də nəzərə almalı idilər ki, onun dövriyyədə qalma müddəti cəmi 3 il nəzərdə tutulsa da, dövrüyyə müddəti bir neçə dəfə uzadılıb. Ona görə də çəklər dövriyyə müddətində istifadə edilməli idi. Əlində çeklər olan vətəndaşlar bunun müqabilində dövlətdən nəsə almaq istəyir. Bu, dövlət-vətəndaş müzakirəsi nəticəsində həll edilə bilər. Qanuni əsaslar isə onu deyir ki, artıq o çeklər qiymətli kağız deyil.

Akif NƏSİRLİ





Избранный
12
baki-xeber.com

1Источники