RU

İran AEBA ilə əməkdaşlığa hazır olduğunu bildirib

İranın xarici işlər naziri Abbas Əraqçi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossi ilə telefon danışığında Tehranın İranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti nizamlamaq üçün agentliklə əməkdaşlığa hazır olduğunu bəyan edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bildirilir ki, Əraqçi AEBA Rəhbərlər Şurasının bəzi üzvlərinin qeyri-konstruktiv hərəkətlərini tənqid edib, buna görə baş direktorun səyləri uğursuzluqla nəticələnib.

Agentliyin rəhbəri Tehrana son səfəri zamanı Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə əsasən İran və AEBA arasında təhlükəsizlik tədbirləri haqqında sazişə əməl olunması məsələlərinin həllində irəliləyiş əldə etməyə çalışıb.

 

Əraqçi vurğulayıb ki, “İran bu addımlara qətiyyətlə cavab verəcək” və “agentliklə texniki çərçivədə konstruktiv əməkdaşlığa hazırdır”.

Избранный
26
ucnoqta.az

1Источники