RU

İsveç suriyalı qaçqınlarla bağlı qərarların icrasını dayandırıb

Bakı. Trend:

İsveç Miqrasiya Xidməti, Suriyalı qaçqınlara sığınacaq verilməsivə Suriyaya deportasiya ilə bağlı bütün qərarların icrasınımüvəqqəti olaraq dayandırdığını açıqlayıb.

Trend xəbər verirki, bu qərarın əsas səbəbi *Bəşər Əsədin prezidentlikdən istefaverməsi, ölkəni tərk etməsi, Rusiyadan sığınacaq alması vəüsyançıların Suriyada nəzarəti ələ keçirməsindən sonra baş verəndəyişikliklərlə bağlıdır.

İsveçin miqrasiya naziri Yohan Forssell, son hadisələrdən sonrayeni qaçqın axınlarının əlamətlərinin olmadığını, lakin ölkənin başverə biləcək dəyişikliklərə hazır olduğunu vurğulayıb:
"Vəziyyətə nəzarət itib. 2015-ci ildəki səhvləri təkrarlamamağımızvacibdir. Bu, qətiyyən qəbuledilməzdir," - deyə o əlavə edib.

Forssell həmçinin qeyd edib ki, 2015-ci ildən İsveçdə miqrasiyaqanunvericiliyi sərtləşdirilib. Belə ki, müvəqqəti yaşamaq icazəsinormaya çevrilib və qaçqınların ailə birləşməsi üçün tələblərgücləndirilib.

Bənzər qərarlar əvvəlcə Almaniya, Danimarka və AvstriyanınMiqrasiya Xidmətləri tərəfindən qəbul edilib. Məlumatlara görə,yaxın gələcəkdə digər Avropa ölkələrinin də bu istiqamətdə addımlaratacağı gözlənilir.

Избранный
34
az.trend.az

1Источники