RU

Omanda "Beynəlxalq Mülki Aviasiya Təhlükəsizlik Həftəsi" başlayıb

Bakı. Trend:

Omanın paytaxtı Məsqət şəhərində “Səkkizinci Beynəlxalq MülkiAviasiya Təşkilatı Təhlükəsizlik Həftəsi” öz işinə başlayıb. Dördgün davam edəcək tədbir, Oman Sultanlığında Mülki Aviasiya İdarəsivə Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) arasında əməkdaşlıqçərçivəsində təşkil olunur.

Trend xəbər verirki, tədbirdə təşkilata üzv dövlətlərdən, həmçinin beynəlxalqtəşkilatlar və mülki aviasiya sektoru ilə əlaqəli qurumlardan600-dən çox nümayəndə iştirak edir.

Tədbir çərçivəsində beynəlxalq aviasiya təhlükəsizliyinəyönəlmiş problemlər və onların həlli yolları müzakirə olunur.İştirakçılar sərnişinlərin və ekipaj üzvlərinin qorunması, yenitəhdidlərin vaxtında müəyyənləşdirilməsi və üzv dövlətlər arasındaəməkdaşlığın gücləndirilməsi mövzularında fikir mübadiləsiaparırlar.

Həftə ərzində üç mühüm panel iclası keçiriləcək. Bugünkümüzakirələrdə qlobal aviasiya təhlükəsizlik planı, yeni təhdidlərləmübarizə və aviasiya təhlükəsizliyi auditi üçün dövlətlərinhazırlıq səviyyəsi məsələləri ətrafında danışıqlar aparılır.

Tədbirin üçüncü günündə yüksəksəviyyəli nazirlər toplantısıkeçiriləcək. Bu toplantıda dövlət rəsmiləri, beynəlxalq və regionaltəşkilatların nümayəndələri, eləcə də aviaşirkət rəhbərləri iştirakedəcək. Tədbirin sonunda aviasiya təhlükəsizliyi üzrə qlobalprioritetləri müəyyənləşdirən “Məsqət Bəyannaməsi” qəbul olunacaq.Sənəd, xüsusilə kibertəhlükəsizlik və mülki aviasiyanın kritikinfrastrukturunun qorunması məsələlərini əhatə edəcək.

Həftə çərçivəsində “Gənclərin imkanlarının artırılması: Aviasiyatəhlükəsizliyində gender bərabərliyinə nail olmaq” mövzusundaxüsusi panel iclas keçiriləcək. Bu iclasda gənclərin və qadınlarınaviasiya təhlükəsizliyi sahəsindəki rolunun artırılması və genderbərabərliyinin əhəmiyyəti müzakirə olunacaq.

Eyni zamanda, tədbir çərçivəsində Beynəlxalq Mülki AviasiyaGünü, ICAO-nun 80 illiyi və 17-ci əlavənin qəbul edilməsinin 50illiyi münasibətilə xüsusi sərgilər və qeyd etmələrkeçiriləcək.

Избранный
55
az.trend.az

1Источники