1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İki çəki dərəcəsində keçmiş UFC çempionu Konor Makqreqorun nümayəndəsi bildirib ki, döyüşçü Rusiyada filippinli boksçu Menni Pakyao ilə döyüşmək imkanını nəzərdən keçirməyə hazırdır.
Oxu.Az xəbər verir ki, bu barədə sport-express.ru məlumat yayıb.
Beynəlxalq Boks Assosiasiyasının prezidenti Umar Kremlyov son günlər Pakyaonun Rusiyada döyüşməyə hazır olduğunu bildirib və Makqreqoru 45 yaşlı filippinli üçün potensial rəqib kimi göstərib.
Qeyd edək ki, səkkiz çəki dərəcəsində keçmiş dünya çempionu Pakyao son rəsmi döyüşünü 2021-ci ildə keçirib. Filippinli boksçunun hesabında 52 qələbə (39-u nokautla), 8 məğlubiyyət və 2 heç-heçə var. 36 yaşlı Konor Makqreqorun MMA-da isə 22 qələbə və 6 məğlubiyyəti mövcuddur.