RU

Pentaqon Suriyada kimyəvi silahın olduğunu ETİRAF ETDİ

Pentaqon hesab edir ki, Suriyada kimyəvi silah ehtiyatları ola bilər və Birləşmiş Ştatlar tərəfdaşları vasitəsilə onların öz qüvvələrinə və ya mülki şəxslərə qarşı istifadəsinin qarşısını almağa çalışır.

Bu barədə Pentaqonun mətbuat katibi Sabrina Sinqh jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə danışıb.

Onun sözlərinə görə, Pentaqon kimyəvi silah məsələsinə diqqət yetirir:

“Biz bu kimyəvi silahların mülki şəxslərə, ABŞ qüvvələrinə və ya onların bölgədəki tərəfdaşlarına qarşı istifadə etmək istəyənlərin əlinə keçməməsinə çalışırıq. Bu məsələdə təcrübəmiz var və biz bu silahların yanlış əllərə keçməsinin qarşısını almaq üçün yerdəki tərəfdaşlar vasitəsilə işləyirik”.

Pentaqon rəsmisi vurğulayıb ki, regiondakı ABŞ qüvvələri yüksək döyüş hazırlığındadır, lakin Suriyada hakimiyyət dəyişikliyi vəziyyətə təsir etməyib.

O əlavə edib ki, ABŞ ordusu son günlər Suriya məsələsində Rusiya ilə əlaqə kanalından istifadə etməyib: “Sonuncu dəfə qeyd edildiyindən bəri mən münaqişədən yayınmaq üçün kommunikasiya kanalının yeni istifadəsini izləməmişəm. Ancaq yenə də bu həmişə bir ehtimal olaraq qalır”.

Pentaqonun sözçüsü Patrik Rayder dekabrın 2-də bildirib ki, ABŞ ordusu Suriya ilə bağlı Rusiya ilə əlaqə kanalını aktivləşdirib. Onun sözlərinə görə, bunu Amerika tərəfi açıq rabitə kanalının olmasına əmin olmaq üçün edib.//Report

Избранный
52
50
musavat.com

10Источники