Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov sürücülətə tövsiyələr verib. Avtosfer.az xəbər verir ki, o, svetoforda dayanan zaman sürücünün əməl etməli olduğu qaydalara toxunub. Bildirib ki, bu zaman svetofor dirəyinə yaxın məsafədə dayanmaq olmaz. Çünki nəticədə dəyişən işıqları sürücü görə bilmir.
Bu zaman həm yaşıl işıq yananda görmür, həm də qırımızıda keçə bilər. Mümkündür ki, arxada dayanan sürücü səbrsizlik edib siqnal versin. Bu zaman qarşıda olan sürücü yaşıl işığın yandığını düşünərək yolayrıcına daxil olacaq. Bu isə həm cərimə, həm də qəzaya səbəb ola bilər.
Videonu təqdim edirik: