RU

“Tarixdə bu gün” -  İlk Nobel mükafatı verilib

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir. 

 

10 dekabr harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.

 

10 dekabr Ümumdünya İnsan Hüquqları Günüdür:

 

Bu tarix 1948-ci ildə BMT-nin Baş Məclisi tərəfindən İnsan Hüquqları üzrə Ümumi Bəyannamənin qəbulundan sonra hər il bütün dünyada qeyd olunur.

 

Bəyannamə ilə qorunan ədalət, ləyaqət, bərabərlik, iştirak tələbləri dünyanın hər yerində insanları səfərbər edir. İnsan hüquqlarının qorunması BMT-nin təməl prinsiplərindən biridir və təşkilat təsis olunduğu gündən bu missiyanı davam etdirir.

 

10 dekabr Dünya Futbol Günüdür:

 

Bu gün BMT-nin qərarı ilə qeyd olunur. Futbol - “ayaqla top oyunu” haqqında ilk xatırlatmalara bizim eradan əvvəl ikinci minillikdə Çin mənbələrində rast gəlinmişdir. O, Çsu Çyu adlandırılmış və mənası “ayaqla itələmək” deməkdir. Bu oyunun ilk dəfə nə vaxt başlanması haqqında dəqiq məlumat yoxdur. Bəziləri iddia edir ki, futbolun ilk sələfləri VIII əsrdə İngiltərədə yaşayan saksonlar olmuşlar. Onlar döyüş meydanında vuruşmadan sonra düşmənlərin kəsilmiş başlarını təpikləyirmişlər.

 

10 dekabr 1991-ci ildə Avropa İttifaqının əsası qoyulub:

 

 Avropanın 12 dövləti arasında Maastrixt sazişi imzalanıb. 1992-ci il yanvarın 1-də qüvvəyə minən saziş Avropa İttifaqının qanuni əsasını qoyub.

 

10 dekabr 1901-ci ildə ilk dəfə Nobel mükafatı verildi:

 

Beş nominasiya üzrə ilk “Nobel”ə Vilhelm Rentgen, Yakobus vant Hoff və mikrobioloq Emil fon Berinqlə  yanaşı fransız şair Salli Prüdom, Qırmızı Xaç Hərakatının yaradıcısı isveçrəli Anru Dünan və Sülh Liqasının qurucusu fransız Frederik Passi layiq görüldülər.

Избранный
43
azedu.az

1Источники