Avadanlıqların təmiri və onlara texniki qulluq zamanı görülən işlər məhsulun keyfiyyətinə heç bir mənfi təsir göstərməməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.
İstehsal avadanlıqları asan və əsaslı təmizlənməni həyata keçirmək üçün uyğun formada layihələndirilməlidirlər. Təmizləmə ətraflı yazılmış təlimatlara əsasən aparılmalı, avadanlıqlar yalnız təmiz və quru yerlərdə saxlanmalıdırlar. Yuma və təmizləmə vasitələri elə seçilməlidir ki, çirklənmə üçün mənbə olmasın.