RU

Azərbaycanın bəzi meyvə ixracı azalıb - Narı isə çox satıb, az qazanmışıq

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 515 707 ton meyvə-tərəvəz ixrac edib.

Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə meyvə və tərəvəzin ixrac dəyəri 535 milyon 26 min ABŞ dolları təşkil edib.

Belə ki, bunlar həcm baxımından 2023-cü ilin eyni dövrü ilə müqayisədə 22 054 ton (4,1%), dəyər baxımından isə 9 milyon 407 min ABŞ (1,7%) dolları azdır. 2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan 544 milyon 433 min ABŞ dolları dəyərində 537 761 ton meyvə-tərəvəz ixrac edib.

Azərbaycan 48 234 ton kartof ixrac edib ki, kartof ixracının ümumi dəyəri 20 milyon 470 min ABŞ dolları təşkil edib. Bunlar 1 il əvvələ nisbətən həcm baxımından 22 837 ton (32,1%), dəyər baxımından isə 10 milyon 545 min ABŞ dolları (33,9%) azdır. 2023-cü ilin 10 ayında 31 milyon 15 min ABŞ dolları dəyərində 71 071 ton kartof ixrac edib.

Bu ilin hesabat dövründə Azərbaycan 118 922 ton tomat ixrac edib, bu həcmdə tomatın ixrac dəyəri 141 milyon 965 min ABŞ dolları təşkil edib. Bunlar ötən ilin eyni dövrü ilə müqayisədə  5604 ton (4,9%), dəyər baxımından isə 15 milyon 885 min ABŞ dolları (12,6%) çoxdur. Ötən ilin yanvar-oktyabr aylarında 113 318 ton tomat ixrac edilib. Bu həcmdə tomatın ixrac dəyəri 126 milyon 80 min ABŞ dolları təşkil edib.

2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan 96 milyon 399 min ABŞ dolları dəyərində 15 413 ton meşə fındığı ixrac edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 3 615 ton (18,9%), dəyər baxımından isə 586 min ABŞ dolları (0,6%) azdır. Ötən ilin hesabat dövründə 19 028 ton meşə fındığı ixrac edilib. Bu həcmdə meşə fındığının ixrac dəyəri 96 milyon 985 min ABŞ dolları təşkil edib. 

2024-cü ilin hesabat dövründə Azərbaycan 66 874 ton alma ixrac edib ki, bu həcmdə almanın ixrac dəyəri 42 milyon 637 min ABŞ dolları təşkil edib. Bunlar həcm baxımından 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1455 ton (2,2%), dəyər baxımından isə 1 milyon 468 min ABŞ dolları (3,5%) çoxdur. Ötən ilin 10 ayında Azərbaycan 65 419 ton alma ixrac edib ki, bu həcmdə almanın ixrac dəyəri 41 milyon 169 min ABŞ dolları təşkil edib. 

Belə ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 74 543 ton xurma ixrac edib ki, bu həcmdə xurmanın ixrac dəyəri 52 milyon 929 min ABŞ dolları olub. Bunlar həcm baxımından 2023-cü ilin eyni dövrü ilə müqayisədə 10 680 ton (16,7%), dəyər baxımından isə 6 milyon 773 min ABŞ dolları (14,6%) çoxdur. 

Ölkədən 2023-cü ilin 10 ayında 63 863 ton xurma ixrac edilib ki, bu həcmdə xurmanın ixrac dəyəri 46 milyon 156 min ABŞ dolları təşkil edib. 

2024-cü ilin hesabat dövründə ölkədən 18 606 ton nar ixrac edilib ki, bu həcmdə narın ixrac dəyəri 16 milyon 400 min ABŞ dolları təşkil edib. Bunlar həcm baxımından 1 ilə nisbətən 1028 ton (5,8%) artıb, dəyər baxımından isə 3 milyon 901 min ABŞ dolları (19,2%) azdır.

Ötən ilin 10 ayında 17 578 ton nar ixrac edilib ki, bu həcmdə narın ixrac dəyəri 20 milyon 301 min ABŞ dolları təşkil edib.

Nara

Избранный
22
valyuta.az

1Источники