RU

Google-un yeni çipi kvant kompüterlərindəki səhvləri aradan qaldırır- ÖZƏL

Olaylar.az xəbər verir ki, Kvant kompüterləri hesablama texnologiyalarında inqilab vəd edir, lakin onları praktik istifadəyə yararlı etmək üçün əsas problem - səhvlərdir. Google Quantum AI komandası bu maneəni aşmaq üçün yeni bir çip təqdim edib.

Kvant kompüterləri bəzi tapşırıqları klassik kompüterlərdən qat-qat sürətli həll edə bilər. Ancaq kvant sistemlərinin qeyri-sabitliyi məlumat itkisinə səbəb olur. Bu səbəbdən səhvlərin düzəldilməsi üçün xüsusi metodlar tələb olunur.

Google komandası "Willow" adlı yeni kvant prosessorunu təqdim edib. Bu cihaz "səth kodu" adlı metodla səhvləri kritik səviyyədən aşağı salmağı bacarıb. Millyonlarla dövr ərzində test edilən çip 72 və 105 kubitlik iki prosessorda sınaqdan keçirilib. Kodun məsafəsinin artırılması (3-dən 5-ə, daha sonra 7-yə) səhvlərin iki dəfə azalmasına səbəb olub.

Əgər bu texnologiya genişləndirilərsə, kvant kompüterləri daha stabil işləyərək mürəkkəb alqoritmləri həyata keçirə biləcək. Bu, geniş miqyaslı kvant sistemlərinin yaranmasının yolunu açır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
66
olaylar.az

1Источники