Dekabrın 9-da saat 17:00 radələrində Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeliyindəki müəssisələrin birinə məxsus texniki anbarda kiçik yanğın hadisəsi baş verib.
Bu barədə MSN-in məlumatında bildirilib.
Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölməsi tərəfindən qısa müddət ərzində söndürülüb. Xəsarət alan olmayıb, hadisənin baş vermə səbəbləri araşdırılır.
Tarix: 10 Dekabr 2024, 10:29