Bakıda qızını öldürməyə cəhd etməkdə təqsirləndirilən Rəfail Cavadovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.
KONKRET.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin hazırlıq iclası dekabrın 11-nə təyin edilib.
Şikayət hakim Faiq Qəniyevin sədrliyi ilə araşdırılacaq.
O, cəzasının azaldılmasını istəyir.
Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd: Hadisə bu ilin fevralında paytaxtın Qaradağ rayonu ərazisində qeydə alınıb. Belə ki, 1958-ci il təvəllüdlü Rəfail Cavadov qısqanclıq zəminində qızı Rəna Cavadovanı 5 bıçaq zərbəsi ilə xəsarət yetirib.
Rəfail Cavadov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb./Pravda.az