1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Ukraynada atəşkəs razılaşması yanvarın 25-də bağlana bilər".
Oxu.Az Strana.ua-ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenskinin keçmiş müşaviri Aleksey Arestoviç deyib.
Onun sözlərinə görə, Donald Tramp administrasiyası Ukraynadakı hərbi münaqişəni dayandırmaqda israrlıdır.
A.Arestoviç əlavə edib ki, bununla bağlı yekun qərar Birləşmiş Ştatlarda yanvarın 20-də bas tutacaq andiçmə mərasimindən dərhal sonra veriləcək.