RU

"Liverpul"un qapıçısı zədəsini sağaldıb

İngiltərənin "Liverpul" klubunun qapıçısı Alisson Beker zədəsini sağaldıb.

"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Braziliyalı qolkiper bu gün UEFA Çempionlar Liqasında "Jirona" ilə matçda meydana çıxa bilər. Komandanın baş məşqçisi Arne Slot oyunöncəsi mətbuat konfransında 32 yaşlı qapıçının qayıdışının sevindirici hal olduğunu bildirib.

Braziliyalı qapıçı İngiltərə Premyer Liqasında "Kristal Pelas"la (1:0) matçda diz bağının zədələnməsi səbəbindən iki aydan çox yaşıl meydanlardan kənarda qalıb.

Qeyd edək ki, o, ümumilikdə "Liverpul"dakı karyerası ərzində 271 matç keçirib. Bu qarşılşamalarda 239 qol buraxan A.Beker 119 dəfə qapısını toxunulmaz saxlayıb.

Избранный
21
3
far.az

4Источники