Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
Fanat.Az xəbər verir ki, 502 komandadan ibarət siyahıda Azərbaycanın 4 təmsilçisi yer alıb.
Ən yaxşı təmsilçimiz “Qarabağ” 5 pillə irəliləyərək 177,50 xalla 67-ci sırada qırarlaşıb.
“Zirə” 94,25 xalla 219-cu sıradakı mövqeyini qoruyub.
14 pillə irəliləyən "Sabah" (62,50) 409-cu, 31 addımlıq sıçrayış edərək siyahıda özünə yer edən “Turan Tovuz” (53,75) isə 496-cıdır.
Qeyd edək ki, siyahıya Madrid “Real”ı başçılıq edir – 388 xal.