RU

Müdafiə Sənayesi Nazirliyinin anbarında yanğın olub - rəsmi

Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisələrin birinə məxsus texniki anbarda kiçik yanğın hadisəsi baş verib.

Bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölməsi tərəfindən qısa müddət ərzində söndürülüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb, yanğının baş vermə səbəbləri araşdırılır

Избранный
45
19
buta.media

10Источники