“Bacım üç il ağır xəstə oldu amma üzü gülürdü. O özünü sosial şəbəkədə paylaşanda ətarafımızdakilar yazırdılar ki, bunun nəyi xəstədir. Amma bacımın xəstəliyini biz görürdük. O deyirdi, gülürdü, oynayırdı, bəzənib – düzənirdi. Amma reallığı biz öz gözlərimizlə görürdük. Bunu isə insanlar görmürdü. Onun yaralarını mən bir bacı olaraq görürdüm”.
OLAY yazır ki, bu sözləri müğənni Aynur Dadaşova qonaq olduğu “Həftənin qonağı” verilişində deyib.
Sənətçi bildirib ki, ətrafında elə şəxslər var ki, onun arxasıyca danışan həmkarlarının səsini yazıb ona dinlədirlər:
“Şou-biznesdə kənarda olsam da kənarda tanıdığım insanlar var. Bu camiyədə çox insanın sözünü bilirəm. Onların səslərini qoyub mənə qulaq asdırırlar. Filan müğənni haqqımda nəsə danışanda onun səsini yazırlar sonra da mənə dinlədirlər. Bəli, ətrafımda belə insanlar var. Bir insan əgər başqasının sözünü yanımda danışırsa o yaxşı adma ola bilməz. Mən bunları çox gözəl bilirəm. Axı o adam mənim də yanımdadır. Bu insan gedib mənim də sözümü başqa birisinə deyəcək. İndi bir çox insanlar bunu edir. O sübut etmək istəyir ki, bu insan sənin haqqında pis mövqedədir. Sübutla gətirir və dinlədir. Amma mən o səsi dinlədən qarşı yenə yaxşıyam. Mən heç zaman düşməni özümdən uzaqlaşdırmaram. Əksinə yaxınıma çəkinərəm”.
Səkkiz il əvvəl ailəsinin dağıldığını deyən Aynur bildirib ki, həyat yoldaşından xəyanət üstündə tutub:
“8 ildir ki, ailəm yoxdur. Həyatımda heç kim yoxdur. Buna da marağım və həvəsim də buna yoxdur. Çox işləyirəm, çox çalışıram, zamanım demək olar ki, yoxdur. Çox istəyirəm ki, şəxsi biznesim olsun. Bununla bağlı müxtəlif araşdırmalar aparırıam. Qadın sizcə ərindən niyə ayrılır? 18 il səbri böyük bir səbrdir. Bütün xanımlar istəyər ki, yanında güclü kişi, həyat yoldaşı, sevdiyi insan olsun. Demirəm ki, o pis insan olsun. O çox yaxşı insan olub. Mən tikanlı gül olub ortada qalmaq istəmirm. Kənara çəkilsəm daha yaxşıdır. Nədənsə ötrü gündə qan – qaraçılıq. Başqa xanımla illərdir ki, münasibəti varsa artıq orada sevgi yoxdur. Səni sevmir, başqa, sevdiyi xanımın yanındadır. Ona görə də çəkilib kənarda durdum ki, xoşbəxt həyat yaşasın. Ərimin başqa qadını sevməsini 4 il idi ki, bilirdim. Əgər o sevirsə başqasını qoy xoşbəxt olsun. Mən niyə onların ortasında qalmalıyam. Mən eşidirdim amma inanmırdım ki, necə ola bilər ki, sevgi nifrətə çevrilsin. Elə şey ola bilməz. Amma oldu… Hər şeyi öz qulağımla eşidərək, bütün danışıqları dinləyərək öyrəndim ki, həyat yoldaşım mənə xəyanət edir və başqasını sevir. Bundan sonra məni sudurqa tutdu. Çox gözəl insan olub. Bir xanım kimi xoşbəxt olmuşam. Amma indi özüm əziyyət çəkirəm, işləyirəm. Bir insan əgər öz xoşbəxtliyini tapırsa ona niyə pislik etməliyəm? Əziyyəti özüm çəkdim. O demədi ki, mən səndən ayrılmaq istəyirəm. Bunu mən ona dedim. O bilmədi ki, telefon açıq qalıb və onun başqa xanımla danışdıqlarını mən başqa telefonla eşidirəm. Həyatdır da… İnsanın əlində xoşbəxtlik olsa o daim xoşbəxt olar. Bizim aramızda eşitdiklərimdən sonra dava olmadı. Bunları hamısını isə Allah edir. Əziyyəti mən çəkdim amma ona dedim ki, get xoşbəxt ol. Onların ailə qurmaqları haqda məlumatım yoxdur, çünki bu mənə maraqlı deyil. O qadından övladının olub və ya olmadığını da bilmirəm”.
Dadaşova uşaqlarının ataları ilə yaxşı münasibətdə olduğunu söyləyib:
“Onun məndən olan uşaqları ilə münasibəti yaxşıdır. Onlarla danışır. Mən uşaqlarımın ataları ilə ünsiyyətini kəsə bilmərəm. Onlar alarını istəyirlər və məndə buna qadağa qoya bilmərəm. Oğlum sərbəst həyatı xoşlayır. Onun 13 yaşı vardı gedirdi Türkiyəyə və orada tək başına futbol izləyirdi. Onun artıq 20 yaşı var. Övladlarıma çox gözəl tərbiyə vermişəm. Qızımın 11 yaşı var. Ona əsəbiləşirəm ki, hər şeyə icazə istəyir. Qızım atası ilə danışır da, görüşür də. Hərdən məndə qısqanclıq da yaranır ki, onlar necə atalarını çox istəyirlər. Mənim heç kimə ehtiyacım yoxdur. Çətinliyim də olsa qarşı tərəfə buna görə ağız açmamışam, açmaram da. Mən qüruruma sahiblənən insanam və alçalda bilmərəm. Yəni onun qarşısında özümü zəyif göstərə bilmərəm”.
Proqramın aparıcısı Ülvira Qarayevanın “Sənin köməyinə ehtiyacı yaranarsa ona yardım edərsən?” sualına Aynur belə cavab verib:
“Onu heç görmək belə istəmirəm. Heç yerdə onunla qarşılaşmaq istəmirəm və bunu da arzu etmirəm. Uşaqlar özləri gedirlər onunla görüşürlər mən üz-üzə gəlməyi istəmirəm. Qəlb qırıldı… Elə sözlər var ki, onu dmeək olmur. Elə sözlər və kəlmələr var ki, insanın həyatını parçalayır. Üzüm hər zaman gülür amma içim kitabdır. O kitabın hər vərəqindən göz yaşı axır. Heç bir xanım mənim qədər belə güclü, təmkinli və səbrli ola bilməz. Mən onu tanıyanda o imkanlı deyil idi. Sonra imkanı oldu, özünə biznes qurdu. Mən onu tanıyanda “brend” həyat tərzi yox idi. Son nəsəfimə qədər güclü olmaq istəyirəm”.