RU

Tanınmış aktrisadan sürpriz addım: 26 il sonra...

Tanınmış aktrisa Leyla Babayeva yeni saç stili ilə diqqət çəkib.

Karyerası ərzində saç rəngini dəyişməyən aktrisanın sürpriz addımı marağa səbəb olub. Çünki o, ilk dəfə bu addımı ataraq saç rəngini dəyişməyə qərar verib.

Maraqlıdır, aktrisa nə üçün belə addım atdı? Onun ani qərarına səbəb yeni layihədir? 

Leyla Babayeva bununla bağlı Hit.az-a açıqlama verib. O, həyatında ilk dəfə saç rəngini dəyişdiyini etiraf edib:

"26 il ərzində ilk dəfə saç rəngimi dəyişdim. Düşünürəm ki, riskli idi, amma bu addımı atdım. Saçlarımın təbii qara rəngini dəyişərək balyaj etdim. Nəticədə, uzun illər sonra fərqli imic yaratdım".

Aktrisa saç rəngini dəyişməsinin hansısa layihə ilə əlaqədar olmadığını da söyləyib:

"Saçlarımın rəngini anidən dəyişməyimə səbəb heç bir layihə ilə bağlı deyil. Sadəcə olaraq ağlıma gəldiyi üçün etdim. Lakin inanıram ki, yeni saç rəngi mənə uğur gətirəcək".

Pərviz Şimşək

Избранный
21
hit.az

1Источники