RU

Azərbaycandan bu məhsulların ixracı ARTDI - RƏQƏMLƏR

2024-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın qeyri neft-qaz mallarının ixrac dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 70 milyon dollar və ya 1,9% artaraq 3,1 milyard dollara çatıb.

 

Sfera.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”na istinadən xəbər verir ki, ixracın əsas hissəsini qeyri-yeyinti məhsulları təşkil edib.

 

Qeyri-neft ixracının 2,177 milyard dolları və ya 70,2 faizi qeyri-yeyinti mallarından ibarət olub. Yeyinti məhsullarının payı isə 29,8 faiz (923 milyon dollar) təşkil edib. Yeyinti mallarının ixracında 101 milyon dollar artım qeydə alınıb ki, məhz buradakı artım hesabına ümumilikdə qeyri neft-qaz mallarının satış həcmi artıb.

 

Yeyinti məhsullarından şəkər və şəkərdən hazırlanan qənnadı məhsullarının ixracı 65,4% artaraq 37,5 milyon dollar, bitki mənşəli yağlar və piylərin ixracı 32% artaraq 25,5 milyon dollar, spirtli və spirtsiz içkilərin ixracı 13,5% artaraq 64,4 milyon dollar, çay ixracı 1,6% artaraq 6 milyon dolları olub.

 

Azərbaycanın satdığı əsas yeyinti məhsulları isə meyvə və tərəvəzlərdir. Onların satış həcmi 600 milyon dollara yaxındır.

 

Vasif

Sfera.az

Избранный
51
20
sfera.az

10Источники