RU

Canan Karatay ayaqların üşüməsinin səbəblərini və lazımi qidaları açıqladı

Türkiyəli daxili xəstəliklər üzrə mütəxəssis, professor Canan Karatay ayaq üşüməsinin səbəblərini açıqlayıb.

Ölkə.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o ayaqların üşüməsinin bəzi problemlərin göstəricisi ola biləcəyini deyib.

Karatayın sözlərinə görə, ayaqların üşüməsi mineral və vitamin çatışmazlığından - maqnezium, kalsium, natrium və dəmir çatışmazlığından qaynaqlanır.

“Müasir çarpayılar sintetik olduğu üçün yay-qış soyuyur. Nə qədər dəbdəbəli olsalar da, bədəndə yığılmaya və üşüməyə səbəb olur.

Sağlam və təbii qidalanma və vitaminlər çox vacibdir. Kristal qaya tozu, təbii yağlar çox əhəmiyyətlidir. Bunları yeyəcəyik ki, canlanaq. Fındıq və fıstıq da çox vacibdir.
Yağlardan qorxmayın. Xolesterol dərmanları ayaqları üşüdə bilər. Xolesterolu artırsanız, sağlam tam yumurta yeyin, kənd yağı və soyuq sıxılmış zeytun yağı istehlak edilməlidir. Dəmir çatışmazlığı çox mineral çatışmazlığı ondan da vacibdir”, - deyə o əlavə edib.

Billurə

Избранный
49
1
olke.az

2Источники