RU

Tanınmış şəxsin cəsədi Əsədin həbsxanasında TAPILDI - FOTO

Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra onun dəhşətli cinayətlərinə dair xəbərlər səngimək bilmir.

Titul.az musavat.com-a istinadən xəbər verir ki, minlərlə suriyalının işgəncə nəticəsində həyatını itirdiyi Sednaya həbsxanası ilə bağlı ortaya çıxan məlumatlar insanları şoka salıb.

Məlumata görə, siyasi məhbusların saxlandığı bu həbsxanada işgəncə alətləri aşkar edilib, həmçinin məhkum cəsədlərinin kislota ilə əridildiyi kütləvi məzarlıqlar tapılıb.

Bu cəsədlərdən birinin tanınmış suriyalı fəal Mazen Hamadiyə aid olduğu müəyyən edilib.

Araşdırmalar göstərib ki, Hamadi ağır işgəncələr nəticəsində həyatını itirib.

Bildirilir ki, 2012-ci ilin martında rejim əleyhinə etirazlara qatıldığı üçün həbs edilən Hamadi həbsxanada olduqca ağır işgəncələrə məruz qalıb. 1,5 il müddətində dəfələrlə işgəncə görən fəal, 2013-cü ilin sentyabrında azadlığa buraxılıb və daha sonra Niderlanda köçərək başına gələnləri dünyaya çatdırıb. Əfv vədi aldıqdan sonra Hamadi yenidən vətəninə qayıtmaq qərarı verib. Lakin Suriyaya qayıtdıqdan sonra, 2020-ci ildə qəflətən yoxa çıxıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri

Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Избранный
55
15
titul.az

10Источники