RU

“Azərbaycan Könüllülük Həftəsi 2024” çərçivəsində fəaliyyətlər davam edir

Azərbaycanın iki döyüşçüsü İndoneziyanın Bali şəhərində keçirilən MMA və qrapplinq üzrə dünya çempionatına uğurlu start verib.

SeherXeber.org  xəbər verir ki, 16 yaşadək MMA döyüşçüləri arasında mübarizə aparan Əli Məmmədov dünya çempionu tituluna sahib çıxıb. 58 kq çəkidə qüvvəsini sınayan təmsilçimiz 1/4 finalda Çexiya idmançısı Oliver Traqan, yarımfinalda Ukrayna döyüşçüsü Yaşeslav Atlasova qalib gəlib. O, həlledici görüşdə neytral statuslu rusiyalı Maksim Dujakla qarşılaşıb. Əli uğurlu seriyanı davam etdirərək, bu rəqibini məğlub edib və qızıl medala yiyələnib.

Digər döyüşçümüz Şamil Şərifzadə isə gənclərin 79 kq çəkidəki mübarizəsində fərqlənib. O, yalnız finalda uduzaraq gümüş mükafat qazanıb.

Qeyd edək ki, Azərbaycan millisi yarışa ümumilikdə 6 idmançı ilə yollanıb.

Избранный
7
1
seherxeber.org

3Источники