RU

Survivor iştirakçısının 14 yaşlı qızı 8-ci mərtəbədən yıxılıb

"Survivor 2019" yarışmasının iştirakçısı olan milli güləşçi Okay Köksalın 14 yaşlı qızı Azra 8-ci mərtəbədən yıxılıb. Hadisə sosial media hesabından açıqlanıb.

Sherg.az xəbər verir ki, "Survivor 2019" yarışmasının iştirakçısı olan milli güləşçi Okay Köksalın qızı bədbəxt hadisə nəticəsində 8-ci mərtəbədən yıxılıb. 14 yaşlı Azranın reanimasiyada müalicəsinin davam etdiyi öyrənilib.

Bədbəxt hadisəni sosial media hesabından açıqlayan Hakan Hatipoğlu; "Survivor"da qızı Azraya olan sevgisi ilə qatıldığı il hamımızın beynimizə həkk olunmuş qardaşımız Okayın qızı qəza nəticəsində 8-ci mərtəbədən yıxılıb və reanimasiyadadır. Bayaq danışdım və dualar diləyir. "Əlimizdən ancaq bu gəlir" deyəndə boğazım qurudu.
Deyəndə ki, qardaş, boğazım tıkandı Bunu oxuyan hər kəsdən, bu gözəl qardaşımız üçün dua istəyirəm. Köksal ailəsinin Allah yardımçısı olsun.  İnşallah bu hadisə sağ-  salamat keçər".


Избранный
29
sherg.az

1Источники