Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasının parlamentdəki fraksiyasından qovulan Ovik Ağazaryan Ermənistan Baş Prokurorluğuna müraciət edib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ağazaryan özü məlumat yayıb.
“Mənə aid şəxsi məlumatlar Korrupsiyaya Qarşı Mübarizə Komitəsindən üçüncü şəxslərə necə ötürülə bilər”, - deyə erməni deputat bildirib.
Qeyd edək ki, yerli mediada çıxan xəbərlərə görə, Ovik Ağazaryanın şahid olduğu bir cinayət işi çərçivəsində onun telefonu Korrupsiyaya Qarşı Mübarizə Komitəsi tərəfindən müsadirə edilib. Daha sonra telefonda olan bütün məlumatları baş nazir Nikol Paşinyanın iş masasının üzərinə gətirilib.
Musavat.com