RU

Məhəmməd Rza: "İran nüvə proqramına görə Qərbə fidyə ödəməyəcək"

"İran nüvə fəaliyyətlərində şəffaflığı, nüvə materialları və texnologiyalarının dinc məqsədlərlə istifadəsini təmin edən qorunma sazişinə sadiqdir".

Bakıvaxtı.az "İRNA"ya istinadən xəbər verir ki, bunu İranın birinci vitse-prezidenti Məhəmməd Rza Aref deyib.

O, açıqlamasında Qərbin Tehrana qarşı beynəlxalq sanksiyaları bərpa edəcək "snapback" mexanizmini işə salmaq təhdidlərini tənqid edib. 

"İran dinc nüvə fəaliyyətlərini davam etdirərkən sanksiyaları ləğv etmək üçün konstruktiv fəaliyyətə diqqət yetirir. Digər tərəflər də bu plana əməl etməyə razı olarsa, İran 2015-ci ilin Birgə Hərtərəfli Fəaliyyət Planına (JCPOA) qoşulmağa hazırdır", - deyə Aref vurğulayıb.

Qeyd edək ki, İran 2015-ci ildə dünya gücləri ilə JCPOA imzalayıb və sanksiyaların aradan qaldırılması müqabilində nüvə fəaliyyətlərini məhdudlaşdırmağa razılaşıb. Lakin 2018-ci ildə Birləşmiş Ştatlar sazişdən çıxıb və sanksiyaları yenidən tətbiq edib. Nəticədə İran öz öhdəliklərini azaldıb.

Gülşən Şərif

Избранный
24
bakivaxti.az

1Источники