RU

Nə gündəsiz, utanın!

Mövsümün ən maraqlı və ən gərgin oyunlarından biri dünən Tovuzda keçirildi.

Futbolun gözəlliyi və ədalətsizliyi ilə növbəti dəfə tanış olduq.

Kurban Berdiyevi ilk dəfə bu qədər həyacanlı və narahat gördüm. Həmişə sakit və ruhsuz duruşu ilə kameralara tuş gələn rusiyalı baş məşqçinin həmin tövründən daşa əsər-əlamət qalmamışdı.

Gözündə, üzündə, baxışında bir təlaş var idi, yerində əsir, ora-bura vurnuxurdu.

90+4-cü dəqiqə qolu ilə «Şamaxı»nı yendilər. İki dəfə hesabda geri düşdükləri matçı şans sayəsində qazandılar. Mən bunu daha çox «Pirr qələbəsi»nə bənzədərdim.

Ehtiram Quliyev bir elə sevinməsin, gərək yox! Milyonlarla pul xərclədiyi Berdiyev yaxşı komanda yaratmayıb. «Baba»nın, sadəcə, bəxti gətirir.

Artıq neçənci dəfədir ki, son dəqiqələrdə vurduğu qollarla xalı, xalları rəqiblərdən qoparırlar.

Baxımlı və iddialı futboldan, komandadan isə hələ də danışa bilmirik. «Turan Tovuz» bu oyunu və bəxti ilə avrokuboklara vəsiqə qazanar, gözləyirəm.

Amma orada üz ağardacaqlarına qumm dənəsi boyda ümid bəsləmirəm.

Quliyev Berdiyevin ortaya uğurlu iş qoyması üçün əlindən gələni edib. Bilmək olmaz, bəlkə də oradan-buradan borc alıb, «Turan»a tarixinin ən böyük büdcəsini ayırıb.

Komanda yağ-bal içində üzür. 72 yaşlı «Baba»nın yerində hansı yerli məşqçi olsa, Quliyevə 100 kərə təşəkkür edər.

Sözlə yox e! Quracağı komanda, oynadacağı səliqəli, nizam-intizamlı futbolla.

«Turan»a bunların heç biri yoxdur, bir tək bəxt var. 60-70-lərin Məmmədağası sağ olsaydı, bugünkü «Turan»ı görüb, gənclik illərini xatırlayardı.

«Vur qabağa» modeli, hücum zonasında «didişmə» ötən əsrin qalığıdır. Üstündən nə illər keçib, Berdiyev o dövrün «adət-ənənə»stndən kənara çıxa bilmir yenə.

«Şamaxı» Adil Nağıyevlə Georgi Kantariya ilə bağlı olayların şokunu yaşayır. Dərin sarsıntı içindədirlər. Daxldə pis hadisələr baş verib, gərginlik və stress pik həddədir.

Meydana yarımcan heyətlə çıxmış «Şamaxı»nı yalnız 90+4 qoluyla üstələyə bilirlərsə, «Turan»ıqn futbolçuları hakimin final fitindən sonra meydanda atılıb-düşməməli, rəqs etməməli, sevincini tribunayla bölüşməməlidir.

Hansı gününüzə, hansı futbolunuza görə məst olmusuz? Nə gündəsiz, utanın e!

Bədbəxtlik yağan futbolunuzdan utanın! Çempionatın ən zəif komandasına şansın köməyi ilə qalib gəlmisiz, gedin girin sakitcə yerinizə.

ELXAN

Избранный
10
sportinfo.az

1Источники