RU

Emin Əmrullayev: "Bəzi universitetlərdə tədqiqat aparmaq üçün otaq belə yoxdur"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Azərbaycan universitetlərində müəllimlərin standart 500 saat dərs keçib professor olması vacib deyil".
Oxu.Az Modern.az-a istindən xəbər verir ki, bunu Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransında elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bu yanaşmanın doğru olmadığını bildirib:
"Çünki təhsil sistemi yalnız saatların cəmindən ibarət deyil. Bəzi universitetlərdə tədqiqat aparmaq üçün otaq belə yoxdur. Bu halda həmin şəxslərdən tədqiqat aparmalarını gözləmək doğru olmaz".
O qeyd edib ki, Azərbaycanda həm ali, həm də elmi-tədqiqat müəssisələrinin sayı bizimlə eyni qədər əhalisi olan ölkələrlə müqayisədə daha çoxdur:
"Amma təəssüf ki, bu saya uyğun elmi-tədqiqat işləri yoxdur".
Emin Əmrullayevin sözlərinə görə, bunun səbəbi statusla bağlıdır:
"Biz nə qədər statuslara fikir verib, fəaliyyətə fikir verməyəcəyiksə, birincinin sayının artması, ikincinin olmaması reallığı olacaq. Amma çalışmalıyıq ki, saylarla elmi fəaliyyəti bir-birinə uzlaşdıraq. Elmi fəaliyyəti olmayan elmi müəssisə olmamalıdır. Bu, çətin prosesdir. Amma, məncə, bu prosesdə birgə irəliləməliyik".
Избранный
8
10
oxu.az

10Источники