RU

Böyüklərin Suriyadakı ARZULARI: “Vəziyyət hələ tam aydın deyil”

“Moskvada rəsmi olaraq təsdiqlədilər ki, Bəşər Əsəd və onun ailəsinə sığınacaq verilib, amma Putin üçün gündəlikdə Əsəd ilə görüş məsələsi yoxdur. Kreml bildirib ki, Suriyada baş verənlər Rusiya üçün gözlənilməz olub”.

Yenicag.az “Hraparak”a istinadla xəbər verir ki, bu sözləri erməni politoloq, şərqşünas, Rusiya Dövlət Dumasının MDB məsələləri üzrə komitəsinin eksperti Karine Gevorkyan açıqlamasında deyib.

Analitik Suriyada baş verənləri həm Suriyanın keçmiş hakimiyyətlərinin, həm də İranın və Rusiyanın yol verdiyi bir sıra səhvlərin nəticəsi hesab edir.

“Baş verənlər ümumilikdə, yəqin ki, bütün dünyanı təəccübləndirib, biz bu baxımdan istisna deyilik”, – deyə Kremlin nümayəndəsi jurnalistlərin sualına cavab verib və əlavə edib ki, Vladimir Putin Suriyadakı vəziyyətlə bağlı dialoqu Türkiyə və İranla davam etdirəcək. Suriyada islamçı döyüşçülərin qələbəsi və Əsəd rejiminin devrilməsi ilk növbədə Türkiyənin qələbəsi, Rusiyanın və İrandakı mövqelərin zəifləməsi və Qərbin qlobalist qüvvələrinin təsiri ilə baş verib. Proqnozlara əsasən, Suriyadakılar müharibə ilə parçalanmış Yaxın Şərqdəki xaotik hadisələrin yalnız başlanğıcıdır. Və bu dalğa bəlkə də davam edəcək. İsrail artıq hərəkətə keçib. 1973-cü ildən bəri ilk dəfə olaraq SAXAL qüvvələri Qolan yüksəkliklərindəki demilitarizasiya zonasını keçib. İsrail və Türkiyə eyni vaxtda hərəkət edirlər. İsrail, Türkiyənin Yaxın Şərqdəki artan rolundan qorxmur, çünki onun üçün ən vacib olan İranın mövqelərini zəiflətməkdir. Hətta Çin də öz hərbi qüvvələrini Tayvan sahillərinə yaxınlaşdırıb”.

“Bu uzun bir hekayədir. Əvvəllər maronitlər tərəfindən formalaşdırılmış general heyətinin itirilməsi, onların öz yaxınları ilə əvəzlənməsi, bütün o nepotizm. Ələvilər və Əsədin ailəsi artıq Suriya üzrə konsensusun subyektləri deyildilər. Bu birinci səbəb idi. Bütün bunları bir dərs kimi oxumaq mümkündür.

Baş verənlər şərti olaraq ABŞ-ın keçmiş CIA rəhbəri Uilyam Börns və Böyük Britaniyanın MI6 rəhbəri Riçard Murun memorandumunun əməliyyatı adlandırıla bilər. ABŞ-nin müttəfiqləri Suriyada CIA tərəfindən maliyyələşdirilən qüvvələrə qarşı döyüşür, buna görə də Suriyadakı vəziyyət hələ tam aydın deyil. Türkiyəyə gəldikdə, aydındır ki, onlar çox sevinclidirlər, amma məncə, Türkiyə hakimiyyəti yaxşı başa düşür ki, uzunmüddətli perspektivdə, kürd faktorundan irəli gələrək, Türkiyənin Suriyadakı fəaliyyəti çox olmayacaq. Bundan sonra nə olacaq, bu, böyük bir sualdır, çünki bu əməliyyat ABŞ-nin deyil, qlobalist qüvvələrin əməliyyatıdır. Şərti olaraq bunu Riçard Mur-Uilyam Börns memorandumu adlandıra bilərik. Bu qüvvələr səhnədədir, yəni gedən amerikalı və hələ də fəaliyyət göstərən britaniyalıdır”, – deyə şərqşünas bildirib.

K. Gevorkyanın sözlərinə görə, kürdlər artıq başlarına zərbə endiriləcəyini anlayırlar, amma onların çoxu yaxşı silahlanıblar. Ekspertin fikrincə, burada əsas məsələ budur ki, Tramp və İsrail necə onlarla işləyəcəklər:

“Çünki açıq-aydın ki, İsrailin öz maraqları var və o, kürdlərlə əlaqələri möhkəmləndirəcək. Bunun Rusiyanın üçün çox xoş olmayan və nəticələri olan bir hadisə olduğu faktdır, amma “məğlubiyyət” kimi kəskin qiymətləndirmələrdən qaçmaq lazımdır, çünki hələ bu vəziyyətin necə inkişaf edəcəyi məlum deyil. Təbii ki, Qərb təbliğatı deməlidir ki, Rusiya Suriyanı, Ermənistanı tərk etdi və ümumiyyətlə, Rusiya etibarsız rəqibdir. Əlbəttə ki, belə qiymətləndirmələrə təəccüblənmək lazım deyil, amma mənim fikrimcə, bu cür sadə və səthi qiymətləndirmələr bizi baş verənləri anlamağa aparmaz”.

Tərcümə: Rafi Müslümov

Избранный
12
45
yenicag.az

10Источники