RU

"Turan Tovuz"un futbolçusu müalicəsini ev şəraitində davam etdirəcək

"Turan Tovuz"un əməliyyat olunan futbolçusu Denis Marandiçi müalicəsini ev şəraitində davam etdirəcək. Qərb təmsilçisindən SİA-ya verilən məlumata görə, moldovalı futbolçu bu gün əməliyyat olunduğu özəl klinikadan evə buraxılacaq.

Onun məşqlərə nə vaxt başlayacağı hələlik dəqiqləşməyib.

Qeyd edək ki, D.Marandiçinin ayağı Azərbaycan Kubokunun 1/8 final mərhələsinin "Sabah"la keçirilən oyununda Pavol Safranko ilə ikili mübarizədə bir neçə yerdən sınıb.

Избранный
18
2
sia.az

3Источники