RU

Əhali nə qədər ƏDV-ni geri alıb? - Rəqəmlər AÇIQLANDI

2024-cü ilin yanvar-noyabr aylarını əhatə edən dövrdə əhali “ƏDV geri al” mexanizmi çərçivəsində 160 milyon 277,7 min manatı geri alıb.

Gundem.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, geri qaytarılan ƏDV-nin 21 milyon 301,7 min manatı nağdsız qaydada alınan yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilən ƏDV-yə aiddir.

Qanunvericiliyə əsasən, fiziki şəxslər pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən obyektlərdən alınan mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), eləcə də tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilən ƏDV-nin bir hissəsini geri ala bilir.

Избранный
18
1
gundem.az

10Источники